Türkiyə I Liqa təmsilçisi "Bursaspor"un azarkeşləri Azərbaycan millisinin üzvü Namik Ələskərova görə baş məşqçiyə etiraz edir.
Bizim.Media "Bursahakimiyet" nəşrinə istinadən xəbər verir ki, "Altınordu" ilə matçda oynamaq şansı verilməyən, hətta isinmə hərəkətlərinə belə göndərilməyən futbolçumuzla bağlı Fatih Tekkeye sosial mediada böyük təzyiq göstəriblər.
Azarkeşlər Tekkenin niyə belə addım atmasını başa düşmədiklərini vurğulayıblar.
Gənc məşqçi isə oyunsonrası mətbuat konfransında bir çox yeni transferin hələ komandaya tam hazır olmadığını bildirib.
Xatırladaq ki, “Bursaspor” Liqanın 4-cü həftəsində səfərdə "Altınordu”ya uduzub - 1:2
Bizim.Media
- A-
- A
- A+
İdman
10:34 / 14.09.2021
"Bursaspor" azarkeşlərindən Namikə görə ETİRAZ
Hazırda oxunan: "Bursaspor" azarkeşlərindən Namikə görə ETİRAZ
Hazırda oxunan: "Bursaspor" azarkeşlərindən Namikə görə ETİRAZ
36854
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.