Ronaldo: “İstədiyiniz hər şeyi burada əldə edə bilərsiniz” – FOTO

Ronaldo: “İstədiyiniz hər şeyi burada əldə edə bilərsiniz” – FOTO

Hazırda oxunan: Ronaldo: “İstədiyiniz hər şeyi burada əldə edə bilərsiniz” – FOTO

36539

"Mançester Yunayted"in yeni transferi Kriştianu Ronaldo "qırmızı şeytanlar"a qayıdışından sonra çıxdığı ilk oyun haqqında fikirlərini bölüşüb. 

Bizim.Media xəbər verir ki, portuqaliyalı ulduz öz “İnstagram” hesabında etdiyi paylaşımda bu sözləri qeyd edib: 

"Old Trafford"da oynamağım bu stadionun niyə xəyallar teatrı kimi təsəvvür edilməsinə qısa bir cavabdır. Mənim üçün bura həmişə sehrli olub.

İstədiyiniz hər şeyi burada əldə edilə bilərsiniz. Komanda yoldaşlarımız və azarkeşlərimizin böyük dəstəyi ilə birlikdə inam və nikbinliklə irəliləyirik. Sonda qələbəni birlikdə qeyd edəcəyik.

"Mançester Yunayted"ə geri dönməkdən və yenidən Premyer Liqada oynamaqdan qürur duyuram. Lakin hər şeydən əvvəl komandama yardımçı olduğum üçün xoşbəxtəm!". 


Qeyd edək ki, Ronaldo avqustun 31-i "Mançester Yunayted" ilə yeni müqavilə imzalayıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO