Güləşçi Hacı Əliyev haqqında BƏD XƏBƏR – QADAĞA qoyuldu!

Güləşçi Hacı Əliyev haqqında BƏD XƏBƏR – QADAĞA qoyuldu!

Hazırda oxunan: Güləşçi Hacı Əliyev haqqında BƏD XƏBƏR – QADAĞA qoyuldu!

35000

Azərbaycanın sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Buna məşhur idmançının gözündə yaranan problemlər səbəb olub. O, sentyabr ayında əməliyyat olunacaq.

Hacı Əliyevin həkimi, tibb elmləri doktoru, professor Tural Qəlbinurun Bizim.Media-ya verdiyi açıqlamaya görə, çemponumuz fevral ayında da əməliyyat edilib: 

“O, bir gözündə görmənin itməsi şikayəti ilə bizə müraciət etmişdi. Anidən tor qışanın qopması diaqnozunu qoyduq, gözündə əməliyyat etdik. Belə bir əməliyyatdan sonra uzun müddət xəstələr professional idman həyatına qayıtmırlar. Amma etdiyimiz uğurlu əməliyyatdan sonra mən təkid etdim ki, məşqlərə başlasın və lissenziya almaq üçün Avropaya səyahət etsin”.
 

MÖVZU İLƏ BAĞLI:

Tokio-2020: Hacı Əliyev finala çıxdı – 4-cü medalımız var


Həkimin dediyinə görə, Hacı Əliyev əməliyyatdan qısa müddət sonra məşqlərə başlayıb və Olimpia oyunlarına lissenziya alıb:

“Məlum olduğu kimi, o, Tokiodan gümüş medalla qayıtdı”.

Tural Qəlbinur bildirib ki, torlu qışa görmədə vacib funksiyanı yerinə yetirir: 

“O, qopduğu zaman gözdən əlil olmaq mümkündür. Cərahiyyəsi də göz xəstəlikləri içərisində ən ağır cərahiyyədir. Onun bu əməliyyatdan sonra belə bir nailiyyət qazanması böyük nəticədir”.

Qeyd edək ki, Hacı Əliyev növbəti dəfə gözündə katarakta (mirvari suyu) əməliyyatı keçirəcək.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO