"Real Madrid" Mbappedən imtina etdi

Hazırda oxunan: "Real Madrid" Mbappedən imtina etdi

34911

İspaniyanın “Real Madrid" klubu yay transfer pəncərəsində Fransanın “Pari Sen-Jermen" (PSJ) klubunun hücumçusu Kilian Mbappeni almaqdan imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Sky Sports” xəbər verib.

Qeyd edilir ki, "Real Madrid" rəhbərliyi 2022-ci ilin yanvarında yenidən hücumçunun alınması niyyətinə qayıdacaq.

2018-ci ilin dünya çempionunun transfer qiyməti 180 milyon avro qiymətləndirilir.
 

Mbappe 2017-ci ildə "Monako"dan PSJ-yə keçib. O, PSJ-nin heyətində Fransanın üçqat (2017/18, 2018/19, 2019/20) çempionu olub.


Həmçinin Liqa Kubokunun ikiqat (2017/18, 2019/20) sahibi, eləcə də ölkə Super Kubokunun (2019, 2020), həmçinin Fransa Kubokunun (2017/18, 2019/20, 2020/21) üçqat qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO