“Aimchess USRapid” turniri: Şəhriyar Məmmədyarov növbəti mərhələyə adladı

“Aimchess USRapid” turniri: Şəhriyar Məmmədyarov növbəti mərhələyə adladı

Hazırda oxunan: “Aimchess USRapid” turniri: Şəhriyar Məmmədyarov növbəti mərhələyə adladı

34907

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin təsnifat mərhələsinin son 5 turunun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında – 11-ci turda hindistanlı Santoş Viditlə heç-heçə edib, növbəti turda vyetnamlı Le Quanq Liemə uduzub.

On üçüncü turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən şahmatçımız sonrakı turda rusiyalı Daniel Naroditskiyə qalib gəlib. Şahmatçımızın ABŞ təmsilçisi Erik Hansen ilə keçirdiyi son qarşılaşmasında da heç-heçə qeydə alınıb.

On beş turda 9 xal toplayan şahmatçımız 6-cı yerdə qərarlaşıb. Bununla da Ş.Məmmədyarov turnirin səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.

Turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO