Türkiyənin "Qalatasaray" klubunun oyunlarının birində Vətən Müharibəsində şəhid olmuş Fərid Dursunov və Murad Məmmədovun xatirəsi anılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə idman jurnalisti Gündüz Abbaszadə "Facebook" səhifəsində paylaşım edib.
O bildirib ki, İstanbul təmsilçisinin prezidentinin köməkçisi Yusuf Günayla danışıb. Klub rəsmisi şəhid ailələrinin əlaqə nömrəsini istəyib.
Qeyd edək ki, Fərid Dursunov və Murad Məmmədov "Qalatasaray" azarkeşi olub.
F.Dursunov “Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray”ımın bayrağını da asarsınız”, - deyə dostlarından xahiş edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:41 / 24.11.2020
Şəhidlərimizin xatirəsi «Qalatasaray»ın oyununda anılacaq
Hazırda oxunan: Şəhidlərimizin xatirəsi «Qalatasaray»ın oyununda anılacaq
Hazırda oxunan: Şəhidlərimizin xatirəsi «Qalatasaray»ın oyununda anılacaq
3398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.