Messi avqustun 29-da PSJ formasında meydana çıxacaq

Messi avqustun 29-da PSJ formasında meydana çıxacaq

Hazırda oxunan: Messi avqustun 29-da PSJ formasında meydana çıxacaq

33962

Argentinalı ulduz futbolçu Lionel Messinin Fransanın PSJ klubunda debüt edəcəyi vaxt bəlli olub.

Bu barədə Bizim.Media “L’Equipe” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, hücumçunun Paris klubundakı debütü avqustun 29-da baş tutacaq. Belə ki, Fransa çempionatı çərçivəsində PSJ avqustun 29-da “Reyms”in qonağı olacaq.

Xatırladaq ki, 34 yaşlı hücumçu PSJ ilə 2+1 illik müqavilə imzalayıb. Paytaxt klubu çempionatda 3 oyundan sonra 9 xalla liderdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO