İngiltərə klubu türk futbolçunun transferini açıqladı - FOTO

İngiltərə klubu türk futbolçunun transferini açıqladı - FOTO

Hazırda oxunan: İngiltərə klubu türk futbolçunun transferini açıqladı - FOTO

33358

İngiltərənin “Votford” klubu Ozan Tufanın transferini açıqlayıb.

Bizim.Media xəbər verir ki, futbolçu cari mövsümün sonunadək icarə əsasında çıxış edəcək.

Bu barədə Böyük Britaniyanın “Ze Atletik” nəşrinin jurnalisti Adam Levental öz “Twitter” hesabında bildirib.

Onun paylaşımına görə, “Fənərbağça” və İngiltərə Premyer Liqasının debütantı “Votford” klubu futbolçunun icarəsi barədə razılığa gəlib. Futbolçu hələ ki Böyük Britaniyaya gəlməyib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında Türkiyə millisinin digər futbolçusu Çağlar Söyüncü də çıxış edir. O, “Lester Siti”nin şərəfini qoruyur .

Bizim.Media


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO