La Liqada böhran: 43 transfer qeydiyyata alınmır

La Liqada böhran: 43 transfer qeydiyyata alınmır

Hazırda oxunan: La Liqada böhran: 43 transfer qeydiyyata alınmır

32378

Sabah İspaniya La Liqasında 2021/22 mövsümü start götürsə də, klublar yeni transferlərlə bağlı problem yaşayırlar.

Bizim.Media xəbər verir ki, elita təmsilçiləri heyətə yay fasiləsində cəlb edilən oyunçuları sifariş edə bilmir.

Buna səbəb La Liqada tətbiq edilən yeni maliyyə qaydasıdır. Konkret olaraq 15 klub 43 transferini qeydiyyata sala bilmir.

Onlar arasında “Barselona”nın anlaşdığı Memfis Depay, Erik Qarsiya, Serxio Aquero və “Sevilya”ya keçən Erik Lamela da var. “Alaves” isə 7 yeni transferini açıqlaya bilmir

Qeyd edək ki, La Liqada mövsümə sabah keçiriləcək “Valensiya” – “Xetafe” matçı ilə start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO