Messidən sonra PSJ-nin izləyicisi 5 MİLYON ARTDI 

Messidən sonra PSJ-nin izləyicisi 5 MİLYON ARTDI 

Hazırda oxunan: Messidən sonra PSJ-nin izləyicisi 5 MİLYON ARTDI 

32303

Fransanın PSJ klubunun instaqramda izləyicilərinin sayı artıb. 

Bizim.Media xəbər verir ki, bu ulduz futbolçu Lionel Messinin Paris təmsilçisinə keçidindən sonra baş verib. 

33 yaşlı hücumçunun transferininin ardından 5 milyondan çox insan PSJ-nin instaqram hesabını izləməyə başlayıb. 

Parislilər avqustun 10-da Lionel Messi ilə iki illik müqavilə imzalayıb. Həmin günə qədər klubun 39 milyon izləyici olub. Hazırda isə bu rəqəm 44,7 milyondur. 

Qeyd edək ki, Messi 2003-cü ildən İspaniya "Barselona"sında çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb. 
 
Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO