Çempionlar Liqası: 10 komanda pley-offda,

Çempionlar Liqası: 10 komanda pley-offda, "Legiya" mübarizəni dayandırdı

Hazırda oxunan: Çempionlar Liqası: 10 komanda pley-offda, "Legiya" mübarizəni dayandırdı

32127

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə gerçəkləşib və 10 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşada Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edib.

Rəqibinə 0:1 hesabı ilə uduzan Varşava təmsilçisi turnirdə mübarizəni dayandırıb. Emreli meydana start heyətində çxsa da, 56-cı dəqiqədə Tomaş Pekqartla əvəzlənib.

II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Yunanıstan "Olimpiakos"u Bolqarıstanda "Lüdoqorets"in qonağı olub. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. İlk matçda da heç-heçə qeydə alındığından komandalar əlavə 30 dəqiqə oynayıblar.

Əlavə vaxtda hesab dəyişmədiyi üçün penaltilər seriyasına keçilib. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq oynayan meydan sahibləri pley-offa yüksəliblər.

II raundda Türkiyə "Qalatasaray"ından güclü olan Niderlandın PSV klubu isə Danimarkada "Midtüllan"i sınağa çəkib. İlk görüşdə 3:0 hesablı qələbə qazanan qonaqlar ikinci qarşılaşmada da rəqibinə şans verməyib - 1:0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO