Tokiodan ölkəsinə qayıtmayan belaruslu idmançı medalını hərraca çıxardı - FOTO

Tokiodan ölkəsinə qayıtmayan belaruslu idmançı medalını hərraca çıxardı - FOTO

Hazırda oxunan: Tokiodan ölkəsinə qayıtmayan belaruslu idmançı medalını hərraca çıxardı - FOTO

31908

Belarusli idmançı Kristina Timanovskaya 2019-cu ildə Minskdə keçirilən ikinci Avropa Oyunlarında qazandığı medalı hərraca çıxarıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyində yer alıb.

Mənbə yazır ki, atlet 100 metrlik məsafəyə qaçışda qazandığı mükafatı "eBay" satış platformasında satıb. 

Gümüş medalın ilkin dəyəri 5 min dollar (366 min rubl) olsa da 5,2 min dollara alınıb. 
Açıqlamaya görə hərracdan əldə edilən bütün gəlir Belarus İdman Həmrəyliyi Fonduna bağışlanacaq. 

Fondun rəsmi Telegram kanalında bildirib ki, bu formada Aleksandr Lukaşenko rejiminə qarşı çıxan idmançılara hər zaman dəstək verəcəklər.

Qeyd edək ki, sözügedən təşkilat siyasi baxışlarına görə məhkum edilən və ya yarışlardan kənarlaşdırılan idmançıları dəstəkləyir.

Xatırladaq ki, daha əvvəl Timanovskaya məşqçilərin onu öz istəyi olmadan Tokio-2020 Yay Olimpiya Oyunlarında 4x400 metr məsafəyə estafet qaçışı üzrə yığmanın heyətinə daxil etdiklərini bildirib. İdmançı rəhbərliyin iş üslubunu tənqid etdiyi üçün yerli olimpiya komitəsi həkimlərin rəyinə əsasən, onu psixoloji və emosianal vəziyyətinə görə olimpiadadan uzaqlaşdırıb.

Komitənin onu Yaponiyadan ölkəsinə deportasiya etmək istədiyini deyən atlet təhlükəsizlik baxımından Belarusa qayıtmaqdan qorxduğunu bildirib və Tokio Haneda hava limanında kömək üçün yerli polislərə müraciət edib. Polşa dövləti isə Timanovskayaya ölkəyə daxil olmaq üçün hümanitar viza verib. Avqustun 4-də Polşa səfirliyinin əməkdaşları 24 yaşlı idmançını bir neçə xarici jurnalistlə birlikdə Avstriyanın paytaxtı Vyanaya, oradan isə Varşavaya göndərib. 
İdmançı hazırda Polşa paytaxtındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO