"Formula 1": Esteban Okon karyerasında ilk qələbəsini qazandı

Hazırda oxunan: "Formula 1": Esteban Okon karyerasında ilk qələbəsini qazandı

30810

Avqustun 1-də Formula 1 Macarıstan Qran-Prisinin qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Modorod şəhərindəki Hunqarorinq trasında təşkil olunan mövsümün 11-ci yarışında “Alpine” komandasının pilotu Esteban Okon birinci olub. İlk üçlüyü “Aston Martin”in pilotu Sebastyan Fettel və “Mercedes”in üzvü Luis Hamilton tamamlayıb.

E.Okon karyerasında ilk qələbəsini qazanıb. S.Fettel isə cari mövsüm ikinci dəfə podiuma qalxıb.

Pilotların siyahısına 192 xalla L.Hamilton başçılıq edir. Maks Ferstappen ("Red Bull") 186 xalla ikinci, Lando Norris ("McLaren") isə 113 xalla üçüncü pillədə yer alıb.

Konstruktorlar kubokunda "Mercedes" 300 xalla birincidir. Hesabında 290 xal olan "Red Bull" ikinci, "McLaren" isə 163 xalla üçüncü yerdə qərarlaşıb.

Növbəti yarış dörd həftə sonra Belçikada təşkil olunacaq.

Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO