“Çox xoşbəxtəm, hisslərimi sözlə ifadə edə bilmirəm. Rəqibi fəndə salanda və Olimpiya Oyunlarının mükafatçısı olduğumu dərk edəndə sadəcə daxilimdə hər şey çevrildi”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan cüdoçusu İrina Kindzerska Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanan idmançı 3-cülük qarşılaşmasından sonra gözləntilərini və hisslərini açıqlayıb:
“Maksimal dərəcədə köklənmiş və hazırlıqlı idim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu ciddi şəkildə mövcuddur. Çalışmaq və çalışmaq lazımdır. Bu, qızların gələcək karyeraları üçün təkan olmalıdır”.
Kindzerska uğur qazanmaqda ona dəstək olanlara görə minnətdarlıq edib:
“Öz məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına, vitse-prezidentimiz Sadıq Sadıqova çox sağ ol demək istəyirəm. İnam və dəstək göstərib Azərbaycan yığmasının bir parçası olmaq imkanı verdilər. Nəyə qadir olduğumu sübut etdim. Yaşlı idmançı olsam da, onlar mənə inandılar. Həyat yoldaşıma, ailəmə, qohumlarına, atama, anama, qaynanama təşəkkür edirəm. Onlar nəticədən asılı olmayaraq həmişə mənimlə fəxr ediblər. Onlar üçün çempionam”.
İrina rəqibləri barədə də danışıb:
“Bu gün mübarizə ilk qarşılaşmadan getdi. Hər görüş mənim bunu bacaracağımın təsdiqi idi. Çox üzüldüm ki, yaponiyalıya uduzdum. Olimpiya çempionu olmağı çox istəyirdim. Bu məğlubiyyətdən sonra psixoloji cəhətdən toparlanmaq çox çətin idi. Başa düşürdüm ki, ikinci dəfə əldən verə bilmərəm. Buna imkan verməzdim. Bu gün sevinc göz yaşları hələ çox olacaq. Azərbaycan bu Olimpiadada hələ medal qazanmamışdı. Bu, ilk oldu. Çox fəxr edirəm ki, medal hesabını açdım. Ümid edirəm ki, bu medallar hələ çox olacaq. Hələlik karyeramda fasilə verəcəm. Bərpa olunmaq, müalicə lazımdır. Zədələrim olub. Dizimdən başqa heç nə haqda düşünə bilmədiyimdən Avropa çempionatında bacara biləcəyim nəticəm yaxşı alınmadı. Dizlərim qazanc yerim, çörəyimdir. Ona görə də Avropa çempionatının medalı Olimpiya mükafatının yanında heç nədir. Şadam ki, orada uduzub, bərpa olunub bacardım. Ötən il Olimpiada bir il təxirə salındı. Bu idmançı üçün çox ağırdır. Ağlayırdım. Gücümü necə saxlayacağımı bilmirdim. Son anadək yarışın keçiriləcəyinə inanmırdım. Hər dəfə Olimpiadanın ləğvi barədə danışırdılar. Amma sevinirəm ki, yarış baş tutdu. Çox şadam ki, kiçik tarixin bir parçası oldum”. (Apasport.az)
Bizim.Media
- A-
- A
- A+
İdman
14:04 / 30.07.2021
Olimpiya medalını qazanan idmançımızdan ilk AÇIQLAMA: “Hesabı açdım” - FOTO
Hazırda oxunan: Olimpiya medalını qazanan idmançımızdan ilk AÇIQLAMA: “Hesabı açdım” - FOTO
Hazırda oxunan: Olimpiya medalını qazanan idmançımızdan ilk AÇIQLAMA: “Hesabı açdım” - FOTO
30486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.