Cazibədar basketbolçu Olimpiadaya qatılmır - SƏBƏB - FOTO

Cazibədar basketbolçu Olimpiadaya qatılmır - SƏBƏB - FOTO

Hazırda oxunan: Cazibədar basketbolçu Olimpiadaya qatılmır - SƏBƏB - FOTO

29036

Avstraliyalı basketbolçu Liz Kembridc 23 iyul-8 avqust tarixlərində keçiriləcək Tokio Olimpiya Oyunlarına qatılmayacaq.

Bizim.Media xəbər verir ki, basketbolçu imtina etməsinin səbəbini qeyri-sabit psixoloji vəziyyəti ilə əlaqələndirib.

"Son bir ayda həyəcandan nə yatıram, nə də yeyirəm. Hamının Avstraliya heyətində görmək istədiyi Liz ola bilmərəm. Ən azından hələ ki",- deyə o "Instagram" hesabında yazıb.

İdmançı postun altında rəy bölməsini bağlayıb.

O, həyatdakı ən böyük xəyallarından birinin əsas beynəlxalq startda qızıl medal qazanmaq olduğunu da qeyd edib. Ancaq psixoloji və fiziki vəziyyəti buna imkan vermir.

29 yaşlı basketbolçu öz qərarına görə "ürəyinin parçaladığını" deyir. Lakin komandasını pis vəziyyətdə qoymaq istəmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO