Avropa çempionatını nə qədər adam izləyib? - SAY AÇIQLANDI

Avropa çempionatını nə qədər adam izləyib? - SAY AÇIQLANDI

Hazırda oxunan: Avropa çempionatını nə qədər adam izləyib? - SAY AÇIQLANDI

28275

Avropa çempionatının oyunlarını izləyən azarkeş sayı açılıb.

Bizim.Media xəbər verir ki, qarşılaşmaları 11 stadionda ümumilikdə 1 099 688 nəfər izləyib.

Tamaşaçılardan təqribən yarısı - 450 368 nəfər 15 pley-off qarşılaşmasında iştirak edib. Qalan 649 320 nəfər qrup mərhələsinin 36 görüşünə tamaşa edib.

Ən baxımlı oyun İtaliya - İngiltərə finalı olub. Bu görüşdə Londondakı "Uembli" stadionunun tribunalarında 67 173 tamaşaçı yer alıb. Eyni arenadakı yarımfinal görüşləri də izlənilmə sayı baxımından "ilk 3-lük"də yer alıb.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyulda Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçirilib.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels (1:1), Türkiyə - Uels (0:2), Türkiyə - İsveçrə (1:3), həmçinin 1/4 final mərhələsinin Danimarka - Çexiya (2:1) matçına ev sahibliyi edib. (Fanat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO