Novak Cokoviç 6-cı dəfə “Wimbledon-2021” turnirinin qalibi oldu - VİDEO

Novak Cokoviç 6-cı dəfə “Wimbledon-2021” turnirinin qalibi oldu - VİDEO

Hazırda oxunan: Novak Cokoviç 6-cı dəfə “Wimbledon-2021” turnirinin qalibi oldu - VİDEO

28243

İyulun 11-də tennis üzrə kişilər arasında “Böyük Dəbilqə” seriyasından London açıq (Wimbledon) turnirinin final görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, turnirin həlledici görüşündə serbiyalı Novak Cokoviç və italiyalı Matteo Barrettini üz-üzə gəliblər. Görüş serbiyalı tennisçinin qələbəsi ilə başa çatıb - 3:1 (6:7, 6:4, 6:4, 6:3).

Bu qələbə sayəsində Novak Cokoviç karyerasında altıncı dəfə “Wimbledon” turnirlərinin qalibi olub. Bu, həm də serbiyalı tennisçinin “Böyük Dəbilqə” seriyasında 20-ci qələbəsidir.

Qeyd edək ki, “Wimbledon” mövsümün üçüncü “Böyük Dəbilqə” turniridir. Sayca 134-cü turnirin ümumi mükafat fondu 40 milyon avro təşkil edir. Bu turnirin sonuncu çempionu 2019-cu ildə məhz Novak Cokoviç olub. Ötən il pandemiya səbəbindən “Wimbledon” turniri keçirilməyib.

Bizim.Media


 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO