İngiltərə-Danimarka oyununun nəticələri ləğv oluna bilər? – UEFA-da iş açıldı

İngiltərə-Danimarka oyununun nəticələri ləğv oluna bilər? – UEFA-da iş açıldı

Hazırda oxunan: İngiltərə-Danimarka oyununun nəticələri ləğv oluna bilər? – UEFA-da iş açıldı

27889

UEFA İngiltərə yığmasına qarşı intizam işi açıb. Söhbət Danimarka ilə yarımfinal matçından gedir.

Bizim.Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol assosiyasiyaları birliyi ingilislərin əlavə vaxtdakı penaltisini araşdırır. 

Deyilənə görə, 11 metrlik cərimə zərbəsi zamanı Danimarkanın qapıçısı Kasper Şmeyxelin gözünə lazer şüalar salınıb. Bundan başqa, UEFA ingilis azərkeşlərin pirotexniki vasitələrdən istifadəsi və onların Danimarka himni səslənən zamankı davranışları barədə də iş görür. 

Qeyd edək ki, ingilislər Şmeyxel penalı dəf edəndən sonra Harri Keynin qayıdan topu tora yollaması ilə qələbə qazanıblar.
 

MÖVZU İLƏ BAĞLI:

"Avro-2020”: İngiltərə millisi finala çıxdı - VİDEO 


Oyunun nəticələri ləğv olunmasa, iyulun 11-i saat 23:00-da italiya və İngiltərə çempion olmaq üçün mübarizə aparacaqlar. 

Bu final bitəndən təxminən 2 saat sonra isə Braziliya və Argentina Amerika kubokunun finalında qalibi müəyyənləşdirəcəklər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO