Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının güləş yarışlarında ilk gün başa çatıb.
Bizim.Media xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışların birinci günündə Azərbaycan təmsilçisi Nihad Abasov (71 kiloqram) qızıl medal qazanıb.
Nəzrin Əhmədli (46 kiloqram), Hacıhüseyn Əhmədzadə (51 kiloqram), Rəşid Nəzərov (60 kiloqram) gümüş, Xədicəxanım Talıbova (53 kiloqram), Hüseyn Rzazadə (45 kiloqram) və Amin Abasov (92 kiloqram) bürünc medal əldə ediblər.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:07 / 03.10.2025
MDB Oyunları: Güləşçimiz qızıl medal qazandı
Hazırda oxunan: MDB Oyunları: Güləşçimiz qızıl medal qazandı
Hazırda oxunan: MDB Oyunları: Güləşçimiz qızıl medal qazandı
273820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.