"Qarabağ"ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına layiq görülüb.
Bizim.Media xəbər verir ki, bu, azarkeşlərin səsverməsinə əsasən mümkün olub.
24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri II turun matçında fərqlənib. Forvard "köhlən atlar"ın ikinci qoluna imza atıb.
Addaidən başqa, İngiltərənin "Mançester Siti" klubundan Erlinq Holann, "Monako"dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də namizəd idi.
Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i 2 cavabsız qolla üstələyib.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:32 / 03.10.2025
“Qarabağ”ın futbolçusunun qolu həftənin ən yaxşısı SEÇİLDİ
Hazırda oxunan: “Qarabağ”ın futbolçusunun qolu həftənin ən yaxşısı SEÇİLDİ
Hazırda oxunan: “Qarabağ”ın futbolçusunun qolu həftənin ən yaxşısı SEÇİLDİ
273719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.