“Qarabağ”dan Çempionlar Liqasında YENİ REKORD

“Qarabağ”dan Çempionlar Liqasında YENİ REKORD

Hazırda oxunan: “Qarabağ”dan Çempionlar Liqasında YENİ REKORD

271112

"Qarabağ" Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbə qazanmaqla UEFA Çempionlar Liqasında davam edən yeni rekord müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 4-cü səfər oyununda qələbə qazanan yeganə komandadır.

Bu mövsüm mübarizəyə II təsnifat mərhələsindən başlayan ağdamlılar əvvəlcə İrlandiya "Şelburn"unu (səfərdə 3:0, evdə 1:0), növbəti mərhələdə Şimali Makedoniya "Şkendiya"sını (səfərdə 1:0, evdə 5:1), pley-offda Macarıstan "Ferentsvaroş"unu (səfərdə 3:1, evdə 2:3) üstələyib. Liqa mərhələsinin ilk turunda isə "Benfika" ilə görüşdə dördüncü səfər qələbəsi qeydə alınıb.

Qeyd edək ki, "Qarabağ" növbəti səfər oyununu oktyabrın 22-də İspaniyada "Atletik Bilbao" komandasına qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO