Prezident “Qarabağ”ı belə təbrik etdi – FOTO

Prezident “Qarabağ”ı belə təbrik etdi – FOTO

Hazırda oxunan: Prezident “Qarabağ”ı belə təbrik etdi – FOTO

270886

Azərbaycan Prezidenti İlham Əliyev Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbəsi münasibətilə "Qarabağ"ı təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi "X" hesabında paylaşım edilib.
 

"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm.


Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. 

"Qarabağ"ın Avropanın köklü klublarından biri olan "Benfika" ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir. Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan "Qarabağ"la qürur duyur. Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm", - deyə paylaşımda vurğulanıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO