"Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

"Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

Hazırda oxunan: "Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

270319

Misli Premyer Liqasında bu gün IV tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, turun bağlanış günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə "Şamaxı" doğma meydanda "Karvan-Yevlax"ı sınağa çəkəcək. Şamaxı şəhər stadiondakı matç saat 16:30-da başlayacaq.

Ardınca "Neftçi" "Neftçi Arena"da "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 19:00-da səslənəcək.
 

4 xalı olan "Karvan-Yevlax" yeddinci, 3 xala malik "Sabah" isə səkkizincidir. "Şamaxı" və "Neftçi isə 2 xalla müvafiq olaraq doqquzuncu və onuncu pillələrdə yer alıblar.


Qeyd edək ki, daha əvvəl "Araz-Naxçıvan" "Kəpəz"i iki, "Turan Tovuz" "Qəbələ"ni, "İmişli" isə "Sumqayıt"ı bir cavabsız qolla üstələyib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO