Rusiya klubu bu futbolçunu “Beşiktaş”a satmaqdan İMTİNA ETDİ

Rusiya klubu bu futbolçunu “Beşiktaş”a satmaqdan İMTİNA ETDİ

Hazırda oxunan: Rusiya klubu bu futbolçunu “Beşiktaş”a satmaqdan İMTİNA ETDİ

269408

"Beşiktaş"la Rusiya MOİK-nın yarımmüdafiəçi Matvey Kislyakla bağlı danışıqlar aparması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, ordu komandası oyunçunu 30 milyon avroya qiymətləndirdiyi üçün Kislyak 10 milyon avroya İstanbul klubuna keçməyəcək.

Kislyakın "Beşiktaş"a keçməkdə maraqlı olması ilə bağlı məlumatlar da həqiqətə uyğun deyil. Daha əvvəl Türkiyə mətbuatı İstanbul klubunun MOİK-ə 20 yaşlı yarımmüdafiəçinin transferi üçün gələcək satış faizi ilə birlikdə 10 milyon avroluq təklif göndərdiyini yazıb.

Xatırladaq ki, Kislyak bu mövsüm ordu komandasının heyətində bütün turnirlərdə 11 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt internet portalı yarımmüdafiəçinin bazar dəyərini 8 milyon avro qiymətləndirir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO