Mahir Emreli: “İslandiyadakı məğlubiyyəti unutdurmaq istəyirik”

Mahir Emreli: “İslandiyadakı məğlubiyyəti unutdurmaq istəyirik”

Hazırda oxunan: Mahir Emreli: “İslandiyadakı məğlubiyyəti unutdurmaq istəyirik”

269292

“Sabah bizi ağır oyun gözləyir. Rəqib haqqında danışmağa ehtiyac yoxdur. Usta futbolçulardan ibarət heyəti var. Onlar da buraya motivasiyalı gəliblər. İslandiyaya məğlubiyyəti unutdurmaq üçün əlimizdən gələni edəcəyik”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsində Bakıda Ukrayna yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Hücumçu ilk matçdakı məğlubiyyətin komandaya mənfi təsir etdiyini bildirib:
 

“Belə oyunlardan sonra qarşıdakı matçlara köklənmək çətin olur. Futbolda bu cür hallar olur. Ardıcıl qələbə qazanmamaq üzərimizdə təzyiq yaradır. Hamımız məsuliyyəti dərk edirik. Yaxşı nəticə qazana bilsək, bu, təzyiqi azalda bilər. Sabah yaxşı nəticə qazanmaq istəyirik”.


Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Ukrayna oyunu saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO