Cüdo millimiz Avropa çempionatında 3 medal qazandı - FOTO

Cüdo millimiz Avropa çempionatında 3 medal qazandı - FOTO

Hazırda oxunan: Cüdo millimiz Avropa çempionatında 3 medal qazandı - FOTO

269188

Slovakiyanın paytaxtı Bratislava şəhərində gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan komandası fərdi mübarizədə 3 medal qazanıb.

Belə ki, ilk gündə Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medala sahib olub.

Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edib və beşinci olub.

Qeyd edək ki, sentyabrın 4-dən 7-dək keçirilən qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO