Avropa çempionatında sensasiya: Serbiya məğlub oldu

Avropa çempionatında sensasiya: Serbiya məğlub oldu

Hazırda oxunan: Avropa çempionatında sensasiya: Serbiya məğlub oldu

269124

Riqada (Latviya) Serbiya və Finlandiya arasında basketbol üzrə Avropa çempionatının 1/8 final oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, qarşılaşma gözlənilmədən Finlandiyanın 92:86 hesablı qələbəsi ilə başa çatıb.
 

Finlandiya millisində Lauri Markkanen 29 xal, 8 ribaund və 3 məhsuldar ötürmə ilə fərqlənib. Mikael Yantunen 15 xal, 3 ribaund və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Nikola Yokiç 33 xal, 8 ribaund və 3 məhsuldar ötürmə ilə Serbiyanın ən məhsuldar oyunçusu olub. Nikola Coviç isə 20 xal, dörd ribaund və dörd məhsuldar ötürmə edib.

Eurobasket-in 1/8 final mərhələsinin qalan oyunları bu gün keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO