Şahmat tarixinin ən gənc qrossmeysteri - FOTO 

Şahmat tarixinin ən gənc qrossmeysteri - FOTO 

Hazırda oxunan: Şahmat tarixinin ən gənc qrossmeysteri - FOTO 

26900

ABŞ şahmatçısı Abhimanyu Mişra tarixi nailiyyətə imza atıb. 

Bizim.Media xəbər verir ki, Tennessi ştatından olan idmançı dünya şahmat tarixinin ən gənc qrossmeysteri olub. 

O, 12 yaş 4 ay 25 günlüyündə üçüncü qrossmeyster dərəcəsini qazanaraq bu ada yiyələnib. Mişra bu uğuru dünən rəsmiləşdirib. 

O, Macarıstanın paytaxtı Budapeştdəki “Vezerkepzo GM Mix” turnirində fərqlənib. Gənc şahmatçı yarışda 1-ci yeri tutub. 

Amerikalı şahmatçı bununla da Sergey Karyakinin 19 il əvvəlki rekordunu qırıb. Rusiyalı 12 yaş 7 aylığında qrossmeyster olmuşdusa, Mişra onu 66 gün qabaqlayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO