“Everton”un futbolçusu millimizə qarşı OYNAMAYACAQ

“Everton”un futbolçusu millimizə qarşı OYNAMAYACAQ

Hazırda oxunan: “Everton”un futbolçusu millimizə qarşı OYNAMAYACAQ

268779

DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Azərbaycan millisinin qonağı olacaq Ukrayna yığmasının heyətində dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
 

Müdafiəçi Vitali Mikolenko zədəli olduğu üçün heyətdən çıxarılıb. “Everton”un (İngiltərə) müdafiəçisi klubunda zədə alıb. MRT müayinəsindən keçən futbolçunun oynamağa hazır olmadığı məlum olub.


Buna görə də baş məşqçis Sergey Rebrov rotasiya etmək məcburiyyətində qalıb. O, Mikolenkonun əvəzinə milliyə Kiyev “Dinamos”undan Vladislav Dubinçakı dəvət edib.

Ukrayna millisi sentybarın 5-də Fransanı qəbul edəcək, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO