Qusar stadionu nazirliyin balansına verilə bilər – RƏSMİ AÇIQLAMA

Qusar stadionu nazirliyin balansına verilə bilər – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qusar stadionu nazirliyin balansına verilə bilər – RƏSMİ AÇIQLAMA

266492

Uzun illərdir ki, Qusar şəhər stadionu futbol üzünə həsrət qalıb.

Bizim.Media xəbər verir ki, bunun əsas səbəbi arenadan başlayan tikinti işlərinin tam başa çatdırılmamasıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Qusar stadionu Etibar Piriverdiyevin inhisarından ÇIXARILDI – Təmir işlərinə start verildi - FOTO


Stadionda tikinti işlərini aparan “Şahdağ Qusar” komandasının keçmiş sponsoru olan şirkət xeyli müddətdir ki, işləri yarımçıq dayandırıb. Bunun isə ziyanı yerli komandaya dəyir. Ötən mövsüm komanda 2-ci liqada çempion olub birinci liqaya vəsiqə qazansa da, ev oyunlarını öz meydanında keçirə bilmədi.

Son günlər isə Qusar şəhər stadionunun deyəsən bəxtinin açılması ilə bağlı işlər görülməyə başlanılıb.

Belə ki, stadionun Gənclər və İdman Nazirliyinin balansına keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, stadion nazirliyin balansına keçəndən sonra orada tikinti işləri artıq dövlət tərəfindən aparılacaq.

Məsələni dəqiqləşdirmək üçün Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevlə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bu məsələnin gündəmdə olduğunu, hazırda isə sənədləşmə işlərinin getdiyini bildirdi:

“Belə bir məsələ gündəmdə var. Hazırda işlər sənədləşmə, təhvil-təslim prosesindədir. Bu isə müəyyən müddət aparır. Bu işlər başa çatandan sonra Qusar stadionunun nazirliyini balansına verilməsi mümkündür”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO