Azərbaycanlı hakim məşhur futbolçunu meydandan qovdu - VİDEO

Azərbaycanlı hakim məşhur futbolçunu meydandan qovdu - VİDEO

Hazırda oxunan: Azərbaycanlı hakim məşhur futbolçunu meydandan qovdu - VİDEO

266451

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsində “Polissya” (Ukrayna) – “Fiorentina” (İtaliya) oyununu idarə edib. 

Bizim.Media xəbər verir ki, ötən gecə keçirilən matç "Fiorentina"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 

Ağayev matçın 44-cü dəqiqəsində, qonaqlar hesabda 2:0 irəlidə olarkən İtaliya millisinin də üzvü olan “Fiorentina”nın futbolçusu Moyze Kinə qırmızı vərəqə verib.


Həmin epizodda "Polissya"nın müdafiəçisi Eduard Sarapiyy Moyze Kinin saçlarını dartıb və "Fiorentina"nın futbolçusu rəqibə dirsəklə zərbə endirib. 

Əliyar Ağayevin qırmızı vərəqə qərarı "Fiorentina"nın baş məşqçisi Stefano Piolinin narazılığına səbəb olub. Əliyar Ağayev hər komandanın bir futbolçusuna isə sarı vərəqə göstərib.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO