“Kəpəz” klubu Premyer Liqanın startına az qalmış daha bir transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, bölgə klubu Amadou Cisslə anlaşıb.
26 yaşlı legioner cinah yarımmüdafiəçisidir. Seneqallı futbolçu son mövsümü "Adanaspor"da keçirib.
Qeyd edək ki, oyunçu daha əvvəl Kipr, Fransa və Niderlandda legioner həyatı yaşayıb. Cissi ölkəsinin gənclər millisində də forma geyinib. O, karyerası ərzində meydana çıxdığı 181 matçda 25 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
13:52 / 14.08.2025
“Kəpəz” seneqallı legionerlə RAZILIĞA GƏLDİ
Hazırda oxunan: “Kəpəz” seneqallı legionerlə RAZILIĞA GƏLDİ
Hazırda oxunan: “Kəpəz” seneqallı legionerlə RAZILIĞA GƏLDİ
265184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.