“Sabah” - “Qarabağ” oyunu təxirə salındı

“Sabah” - “Qarabağ” oyunu təxirə salındı

Hazırda oxunan: “Sabah” - “Qarabağ” oyunu təxirə salındı

264908

2025/26 mövsümü Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilməli olan “Sabah” - “Qarabağ” oyunu təxirə salınıb.

Bizim.Media xəbər verir ki, bu haqda “Sabah” klubu açıqlama yayıb.
 

Komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən matç başqa vaxta təyin ediləcək. Hələlik oyunun yeni tarixi açıqlanmayıb.


Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 17-i saat 18:30-da keçirilməli idi. “Sabah” 14 avqust saat 20:00-da Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində “Levski” ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO