“Gəncə” bu legioneri ilə VİDALAŞDI

“Gəncə” bu legioneri ilə VİDALAŞDI

Hazırda oxunan: “Gəncə” bu legioneri ilə VİDALAŞDI

257873

“Gəncə” legioneri ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, voleybol klubu rusiyalı blokçu Anastasiya Atepalina ilə vidalaşıb. O, karyerasını Albaniya "Dinamo"sunda davam etdirəcək.

Atepalina əvvəllər də Albaniya liqasında çıxış edib: o, "Tirana" və "Şkenderbeu"nun şərəfini qoruyub. Daha sonra bir mövsüm Fransanın "Argenteuil VB 95" klubunun formasını geyinib.

Qeyd edək ki, cari mövsümlərarası fasilədə "Gəncə"yə braziliyalı blokçu Qrasiela Souza, amerikalı İzabel Morqan və əvvəllər "Milli Aviasiya Akademiyası"nda çıxış etmiş toppaylayıcı Marianna Abueva gəlib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO