Güləşçimiz Avropa çempionatının FİNALINDA

Güləşçimiz Avropa çempionatının FİNALINDA

Hazırda oxunan: Güləşçimiz Avropa çempionatının FİNALINDA

257662

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi növündə 60, 67, 72, 82 və 97 kiloqramda mübarizəyə start verilib.

Ayxan Cavadov (60 kq) isveçrəli Levin Mayerə (8:0), fransalı Lukas Qrassoya (9:1) və türkiyəli Ömər Altaşa (6:1) qalib gələrək yarımfinala yüksəlib.

Ayxan yarımfinalda gürcüstanlı Vaxtanq Loluaya da gücünü göstərib – 4:1. Ayxan finalda isveçli Adam Silverinlə qarşılaşacaq.
 

Fəraim Mustafayev (60 kq) rumıniyalı Pavel Aleksey (1:1) və bolqarıstanlı Dimitar Georgiyevi (10:1) mübarizədən kənarlaşdırsa da, yarımfinalda rusiyalı Mingiyan Qoryayevlə bacarmayıb – 5:12. Fəraim sabah bürünc medal uğrunda güləşəcək.


Seymur Qasımov (72 kq) yarımfinala gedən yolda finlandiyalı Oliver Padaya (12:0) və rusiyalı Tamerlan Taranuxaya (11:0) heç bir şans verməyib. Seymur finalın bir addımlığında ermənistanlı Qaspar Terteryana (1:5) məğlub olaraq, ümidini üçüncü yerə bağlayıb.

Elmin Əliyev (82 kq) avstriyalı Noa Valderə (9:0), gürcüstanlı Tornike Çxikvadzeyə (7:1) və ermənistanlı Martik Petrosyana (7:4) qalib gəlib.

Elmin yarımfinalda rusiyalı Mixail Şkarinə 1:4 hesabıyla uduzub və o da sabah bürünc medal uğrunda mübarizə aparacaq.

İsmayıl Rzayev (97 kq) təsnifat mərhələsində rusiyalı Saypula Qadjimaqomedova 2:10 hesabı ilə məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO