Türkiyədə 50 dərəcə isti qeydə alındı

Türkiyədə 50 dərəcə isti qeydə alındı

Hazırda oxunan: Türkiyədə 50 dərəcə isti qeydə alındı

257121

Türkiyənin Qaziantep, Şanlıurfa və Kilis şəhərlərində müşahidə olunan isti hava gündəlik həyata mənfi təsir edir.

 

Sfera.az xəbər verir ki, Qaziantepdə 39 dərəcə, Kilisdə isə 40 dərəcə isti olub.

 

Ən yüksək temperatur Şanlıurfada qeydə alınıb. Belə ki, burada termometr 50 dərəcəni göstərib.

 

Küçələrin boş qaldığı şəhərdə vətəndaşlar bir az sərinləmək üçün parklarda və meşəlik ərazilərdə vaxt keçirməyə çalışıblar. Uşaqlar isə sərinləmək üçün dekorativ hovuzlara üz tutublar.

 

Mütəxəssislər yaşlılara, hamilələrə və xroniki xəstəlikləri olanlara “çölə çıxmayın” xəbərdarlığı edib. Hər kəsə bol su içmək tövsiyə edilib. (Publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO