Növbəti mövsüm üçün transfer fəaliyyətini davam etdirən "Qarabağ" müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionunun əsas hədəfi "Dinamo" Zaqrebdə çıxış edən Sami Mmaedir.
Ağdam təmsilçisi mərakeşli futbolçunu hələ "Ferentsvaroş"da çıxış etdiyi vaxtdan izləyir. 28 yaşlı mərkəz müdafiəçisi ötən ilin yayında Macarıstan klubundan ayrıldıqdan sonra "Dinamo"ya keçməyə üstünlük verib.
Mmae Zaqreb təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkir. "Qarabağ"la danışıq aparan təcrübəli oyunçu Azərbaycan klubuna keçməyə isti yanaşır. Yaxın günlərdə transferin baş tutub-tutmayacağı bilinəcək.
Qeyd edək ki, Sami Mmae ötən mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol vurub. Onun Xorvatiya klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
17:35 / 25.06.2025
“Qarabağ” “Dinamo” Zaqrebin müdafiəçisi ilə danışıq aparır
Hazırda oxunan: “Qarabağ” “Dinamo” Zaqrebin müdafiəçisi ilə danışıq aparır
Hazırda oxunan: “Qarabağ” “Dinamo” Zaqrebin müdafiəçisi ilə danışıq aparır
256620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.