“Qalatasaray”ı növbəti mövsümdə Fatih Terim çalışdıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə klubun yeni prezidenti Burak Elmas açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
"Qalatasaray"ın yeni prezidenti məlum oldu
O, qeyd edib ki, Fatih Terim sabahdan komanda ilə hazırlıqlara başlayacaq: “Baş məşqçimizlə görüşdük. Sabah səhərdən komanda ilə evimizdə - Floriyada hazırlıqlara start verəcək.
“Qalatasaray”ın baş məşqçisi “Qalatasaray”lı Fatih Terimdir”.
Xatırladaq ki, Elmas bir gün öncə İstanbul təmsilçisinin prezidenti seçilib. Terimin isə komanda ilə müqaviləsi bitmişdi.
Bizim.Media