Bu gün futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komanda səfərdə Latviya yığması ilə qarşılaşıb.
Riqadakı “Skonto” stadionunda keçirilən qarşılaşmada qapılara qol vurulmayıb. Millimizin 2025-ci ildə ilk qələbə qazanmaq arzusu növbəti dəfə təxirə salınıb.
Bundan başqa, yığmamız bu il keçirdiyi üçüncü oyunda da fərqlənə bilməyib. Futbolçularımız martda keçirdikləri iki qarşılaşmada Belarusa 2, Haitiyə isə 3 cavabsız qolla məğlub olmuşdular. Latviya ilə görüşü də nəzərə alsaq millimiz artıq 5 oyundur rəqib qapıçılarını məyus edə bilmir.
Yoldaşlıq görüşü
7 iyun
17:00. Latviya - Azərbaycan - 0:0
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
19:17 / 07.06.2025
Millimiz Latviya ilə heç-heçə etdi
Hazırda oxunan: Millimiz Latviya ilə heç-heçə etdi
Hazırda oxunan: Millimiz Latviya ilə heç-heçə etdi
253565
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.