Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu MÜƏYYƏNLƏŞDİ

Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu MÜƏYYƏNLƏŞDİ

Hazırda oxunan: Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu MÜƏYYƏNLƏŞDİ

253104

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular arasında ən yüksək transfer qiymətinə malik oyunçudur.

Bizim.Media xəbər verir ki, Kabo Verde yığmasının üzvünün dəyəri orta hesabla 1,5 milyon avro olaraq müəyyənləşdirilib.

Təxmini Transfer Dəyəri (ETV) oyunçunun qiymətini hesablayan qiymətləndirmə modeli vasitəsilə müəyyən olunur. "Transfermarkt" portalına görə, Andrade üçün ETV aralığı 1,2-1,8 milyon avro təşkil edir.

Azərbaycan çempionunun digər futbolçuları da qiymətlərinə görə seçilirlər. Bunlar ukraynalı yarımmüdafiəçi Aleksey Kaşuk və polşalı qapıçı Mateuş Koxalskidir: hər birinin transfer dəyəri 1,3 milyon avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO