Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının mükafatlandırılma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, vitse-prezidenti Peter Kralik, Azərbaycan Minifutbol Federasiyasının prezidenti (AMF) Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.
F. Qayıbov yarışın uğurla keçdiyini vurğulayıb: "Bizə inanan və turnirin Azərbaycanda keçirilməsinə şərait yaradan Dünya Minifutbol Federasiyasına təşəkkür edirəm. Ölkəmizdə idman ildən-ilə inkişaf edir. Dövlət tərəfindən ölkə idmanına yüksək səviyyədə qayğı göstərilir".
AMF-in prezidenti Orxan Məmmədov milli komandanı dəstəkləyən hər kəsə minnətdarlığını bildirib: "Milli üzvləri, texniki heyət, digər işçilər, həmçinin də Dünya Minifutbol Federasiyasına minnətdaram. Bizə möhtəşəm şərait yaradan və daim idmançıların yanında olan dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edirəm".
Ardınca mundialın qalibi olan Azərbaycan millisinə kubok və qızıl medallar təqdim edilib. Macarıstan yığması gümüş, Serbiya seçməsi isə bürünc medallarla mükafatlandırılıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:32 / 01.06.2025
Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırıldı - VİDEO
Hazırda oxunan: Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırıldı - VİDEO
Hazırda oxunan: Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırıldı - VİDEO
252515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.