İspaniya Qran-prisinin qalibi bəlli oldu - FOTO

İspaniya Qran-prisinin qalibi bəlli oldu - FOTO

Hazırda oxunan: İspaniya Qran-prisinin qalibi bəlli oldu - FOTO

252481

Avstraliyalı "MacLaren" pilotu Oskar Piastri "Formula-1" üzrə dünya çempionatının doqquzuncu mərhələsi - İspaniya Qran-prisinin qalibi olub.

Bizim.Media xəbər verir ki, yarış "Barselona-Kataloniya" avtodromunda keçirilib.

İkinci yeri onun komanda yoldaşı britaniyalı Lando Norris tutub. Monakolu Şarl Lekler ("Ferrari") isə üçüncü olub.

Qeyd edək ki, Piastri cari mövsümdə beşinci qələbəsini qazanaraq ümumi hesabda çempionatdakı liderliyini möhkəmləndirib. Avstraliyalı 186 xal toplayıb. İkinci yerdə Norris (176 xal) gəlir. Dördqat dünya çempionu niderlandlı Maks Ferstappen (137 xal) isə İspaniya Qran-prisində 10-cu yeri tutaraq ümumi siyahıda üçüncü sırada qərarlaşıb.

Mühəndislər kubokunda "MacLaren" (362 xal) birinci yerdədir. "Ferrari" (165 xal) ikinci, "Mercedes" (159 xal) isə üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, yarışın növbəti mərhələsi 13-15 iyun tarixlərində Kanadada keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO