“Araz Naxçıvan” baş məşqçi ilə müqaviləni UZATDI

“Araz Naxçıvan” baş məşqçi ilə müqaviləni UZATDI

Hazırda oxunan: “Araz Naxçıvan” baş məşqçi ilə müqaviləni UZATDI

252232

Futzal üzrə Yüksək Liqanın 19-cu dəfə qalibi olan “Araz-Naxçıvan” baş məşqçi Yevgeni Kukseviçlə müqavilənin müddətini uzadıb.

Bizim.Media xəbər verir ki, rusiyalı mütəxəssis daha 1 il Azərbaycan çempionunu çalışdıracaq.

Hazırkı heyətlə bağlı da müəyyən qərarlar verilib. Klubdan verilən məlumata görə, legionerlərdən Covanni Valeryo ilə yeni anlaşma əldə olunub. Braziliyalı futzalçı da yeni mövsümü “qırmızı-ağlar”ın heyətində keçirəcək. Onunla müqavilə 1 illik imzalanıb. Yerli futzalçılarla bağlı qərar isə iyunun 5-də keçiriləcək Azərbaycan kubokunun final matçından sonra veriləcək. Oyun saat 14:00-da Olimpik Starda baş tutacaq.

Qeyd edək ki, dünən qızıl medal və çempionluq kuboku ilə təltif olunan “Araz-Naxçıvan” 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO