Millimizin BAŞ MƏŞQÇİSİ: “Montoneqronu məğlub etsək, çempionluq haqda danışmaq olar”

Millimizin BAŞ MƏŞQÇİSİ: “Montoneqronu məğlub etsək, çempionluq haqda danışmaq olar”

Hazırda oxunan: Millimizin BAŞ MƏŞQÇİSİ: “Montoneqronu məğlub etsək, çempionluq haqda danışmaq olar”

252077

Bu gün Azərbaycan milli komandası Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsi çərçivəsində İngiltərə seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bizim.Media xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev jurnalistlərin suallarını cavablandırıb:

- Bütün xalqımızı təbrik edirəm. Çox gözəl oyun keçdi. Mərhələlər keçdikcə daha güclü rəqiblər gəlir. Komandam yaxşı mübarizə apardı. Qalib gəldik, sevinirik. Yarımfinal matçına hazırlaşacağıq.

- Belə davam etsək, dünya çempionu ola bilərik?

- Xeyirlisi inşallah. Əsas oyunumuz sabahdır. Monteneqronu uda bilsək, çempionluq haqda danışmaq olar.

- Monteneqro millisinin oyununu izlədiniz?

- Tanıdığımız komandadır. Amma bütün komandalar dünya çempionatına fərqli hazırlaşır.

Oyunlarını izləmişik. Mənim üçün yarımfinalın başqa təəssüratı var. Komandalar bu mərhələdə bütün güclərini qoyub finala çıxmaq istəyir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO