“Şirvan” İkinci Liqaya vəsiqə QAZANDI

“Şirvan” İkinci Liqaya vəsiqə QAZANDI

Hazırda oxunan: “Şirvan” İkinci Liqaya vəsiqə QAZANDI

252041

Bu gün II Liqaya vəsiqə uğrunda pley-off matçı keçirilib.

Bizim.Media xəbər verir ki, matç “ASCO Arena”da baş tutub.

II Liqada 13-cü yeri tutan “Lerik” çempionatda yerini qorumağa çalışıb. Region Liqasının finalçısı “Şirvan” isə daha yüksək dəstəyə vəsiqə üçün mübarizə aparıb.

Leriklilər qələbəyə çox yaxın olublar. Onlar 2:0 hesabı ilə önə keçsələr də, şirvanlılar geri dönüş edə biliblər. “Şirvan” 90+5-ci dəqiqədə hesabı bərabərləşdirib, 2 dəqiqə isə qələbə topunu vurub.
“Şirvan” növbəti mövsümdə II Liqada mübarizə aparacaq.

II Liqaya vəsiqə uğrunda pley-off oyunu

29 may (cümə axşamı)

16:00. “Lerik” – “Şirvan” - 2:3

Qollar: Z. Nuruzadə, 21. P. Ağazadə, 45 - N. İsayev, 45+2. E. Xəlilov, 90+5 (p.). E. Rəsulov, 90+7

Baş hakim: Əliyar Ağayev

“ASCO Arena”

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO