"Qalatasaray"ın qapıçısı Fernando Muslera komandadan ayrılır.
Bizim.Media xəbər verir ki, klubun əfsanəsinə çevrilən uruqvaylı qapıçı üçün bu gün mətbuat konfransı keçirilib.
Superliqanın 38-ci turunun sabah "Başakşehir"lə keçiriləcək matç Muslera üçün "Qalatasaray"da sonuncu oyun olacaq.
Qeyd edək ki, Fernando Musleranı 2011-ci ildən "Latsio"dan "Qalatasaray"a keçib. İstanbul təmsilçisində 550 rəsmi matça çıxan 38 yaşlı qolkiper klubla 19 titul (8 Superliqa, 6 Türkiyə Superkuboku, 5 Türkiyə kuboku) qazanıb. O, "Qalatasaray"ın heyətində ən çox kubok qazanan futbolçudur. (Qol.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
16:48 / 29.05.2025
"Qalatasaray"ın əfsanəsi sabah vidalaşır
Hazırda oxunan: "Qalatasaray"ın əfsanəsi sabah vidalaşır
Hazırda oxunan: "Qalatasaray"ın əfsanəsi sabah vidalaşır
252005
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.