“Şamaxı” daha bir futbolçusu ilə vidalaşıb.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi Leroy Mikelslə yollarını ayırıb.
Onunla ötən yay bağlanan müqavilə müddəti başa çatıb. 30 yaşlı almaniyalı yarımmüdafiəçi “Şamaxı”dan 23 oyunda 5 qol vurub.
Qeyd edək ki, bir gün öncə fransalı Brahim Konate ilə də vidalaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media