La Liqanı tərk edən üçüncü komanda BƏLLİ OLDU

La Liqanı tərk edən üçüncü komanda BƏLLİ OLDU

Hazırda oxunan: La Liqanı tərk edən üçüncü komanda BƏLLİ OLDU

251159

"Leqanes" yenidən ikinci diviziona qayıdır.

Bizim.Media xəbər verir ki, Borxa Ximenezin komandası La Liqanın son turunda “Valyadolid” üzərində 3:0 hesablı qələbə qazansa da, bu, komandanın yüksək liqada qalması üçün kifayət etmədi.

Paralel oyunda “Espanyol” “Las-Palmas”ı 2:0 məğlub edərək “Leqanes”in ümidi kəsdi.
 

“Leqanes” ötən il, Segundada dörd mövsüm keçirdikdən sonra La Liqaya yüksəlmişdi. Komanda mövsümü 40 xalla 18-ci pillədə tamamladı və yenidən Segundaya düşdü.


Qeyd edək ki, daha öncə "Las Palmas" və "Valyadolid"in La Liqanı tərk edəcəyi dəqiqləşmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO