Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında pley-offunda mübarizəni dayandırıb.
Bizim.Media xəbər verir ki, onun çıxış etdiyi "Boluspor" yarımfinalın hər iki görüşündə uduzaraq, Superliqaya yüksəlmək şansını itirib.
Öz meydanında “Bandırmaspor”a 1:4 hesabı uduzan Bolu təmsilçisi səfərdə də eyni aqibəti yaşayıb. Bandırmalılar 1:0 hesabı ilə qalib gəliblər. İlk oyunda 19 dəqiqə forma geyinmək şansı qazanan Vüsal bu dəfə də sonradan meydana daxil olub.
İsgəndərli qarşılaşmanın 72-ci dəqiqəsində komanda yoldaşını əvəzləyib.
Qeyd edək ki, "Boluspor" mövsümü 7-ci pillədə başa vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:56 / 23.05.2025
Azərbaycanlı futbolçunun komandası Superliqaya YÜKSƏLƏ BİLMƏDİ
Hazırda oxunan: Azərbaycanlı futbolçunun komandası Superliqaya YÜKSƏLƏ BİLMƏDİ
Hazırda oxunan: Azərbaycanlı futbolçunun komandası Superliqaya YÜKSƏLƏ BİLMƏDİ
251014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.