Abubakar “Qarabağ”a keçidin BİR ADDIMLIĞINDA

Abubakar “Qarabağ”a keçidin BİR ADDIMLIĞINDA

Hazırda oxunan: Abubakar “Qarabağ”a keçidin BİR ADDIMLIĞINDA

250555

Vensan Abubakar “Qarabağ”a keçməyə çox yaxındır.

Bizim.Media xəbər verir ki, bu barədə “Foot Africa” nəşri məlumat yayıb.

Afrikada ulduz futbolçularla bağlı ən son yenilikləri çatdırmaqla tanınan sayt Kamerun millisinin hücumçusunun “Qarabağ”la apardığı danışıqların yekunlaşmaq üzrə olduğunu vurğulayıb:
 

“33 yaşlı Abubakar getdikcə böyüyən çempionata hazır görünür. Çempionlar Liqasında uğurlu çıxış hədəfləyən “Qarabağ” meydanda fərq yaratmağa qadir olan təcrübəli futbolçunun komandanı məqsədinə çatmağa komək olacağına inanır. Azərbaycan çempionu bir neçə aydır izlədiyi Abubakarı prioritet hədəfə çevirib. Müzakirələr sürətlə gedir və tərəflər bir çox məsələdə ortaq məxrəcə gəlib”.


“Foot Africa” Abubakarın mümkün keçidini Afrika futbolunda 2025-ci ilin yay transfer dönəminin ən əhəmiyyətli transferlərindən biri olacağını yazıb. Bildirilib ki, bu keçid “Qarabağ”a həm də kommersiya qazancı gətirəcək: “Onun “Qarabağ”a gedişi təsdiqlənsə, bu, Afrika futbolunun abidəsi üçün yeni mötəbər addım və çağırış olacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin “Hatayspor” klubundan ayrılan Vensan Abubakar hazırda azad agent statusu daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO